Doqquz diplomat casusluqda ittiham edilərək ölkədən çıxarıldı

Doqquz diplomat casusluqda ittiham edilərək ölkədən çıxarıldı

7 İyun 2023 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatını casusluqda ittiham edərək ölkədən çıxarıb.

Rusiya diplomatlarının Avropa ölkələrindən deportasiyası davam edir. Finlandiya Rəyasət Heyətindən verilən açıqlamada Rusiyanın Helsinkidəki səfirliyində çalışan 9 rus diplomatın casusluqla məşğul olduqları səbəbilə ölkədən çıxarıldığı bildirilib. Bəyanatda rusiyalı diplomatların hərəkətlərinin diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozduğu diqqətə çatdırılıb. Bildirilib ki, rusiyalı diplomatlarla bağlı qərar Finlandiya prezidenti Sauli Niinisto ilə nazirlər kabinetinin ölkənin xarici və təhlükəsizlik siyasəti ilə bağlı görüşündə verilib.

Murad Şahməmmədov