Dronlar Rusiya elektrik stansiyasını partladıb

Dronlar Rusiya elektrik stansiyasını partladıb

7 İyun 2023 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Pilotsuz təyyarələr Rusiyanın Kursk vilayətindəki elektrik yarımstansiyasına ziyan vurub, yerli əhalini elektriksiz buraxıblar.

Oxuməni.az xəbər verir ki, bu barədə regionun qubernatoru Roman Starovoit öz Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, dronlar Qluşkovski rayonunun Popovo-Lejaçi kəndindəki yarımstansiyaya iki partlayıcı qurğu atıblar. Hücum nəticəsində enerji sistemi xeyli ziyan görüb.

Starovoitin qeyd etdiyi kimi, energetiklər avadanlıqları təmir etməyə çalışıblar, lakin iş zamanı atılmış silah-sursatlardan biri partlayıb. Ağır yaralar alan elektriklərdən biri rayon xəstəxanasına aparılıb.

Əziz Salam