Müdafiə naziri əmin etdi: Qazaxıstan hərbçiləri Rusiyaya kömək etməyəcəklər

Müdafiə naziri əmin etdi: Qazaxıstan hərbçiləri Rusiyaya kömək etməyəcəklər

7 İyun 2023 18:47
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan ordusu KTMT xətti ilə hər hansı bir məsələnin həllində iştirak etmək niyyətində deyil. Oxuməni.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ruslan Yaxsılıkov deyib.

Məlumata görə, qazaxıstanlı hərbçilərin Rusiya Federasiyasının Belqorod və Voronej vilayətlərinə göndərilməsinin planlaşdırılması ilə bağlı suala cavabında Qazaxıstan müdafiə idarəsinin rəhbəri deyib:

"Mən sizə Qazaxıstan Respublikasının müdafiə naziri kimi bütün məsuliyyətlə bildirirəm ki, Silahlı Qüvvələrimiz öz ərazimizdədir. Biz yalnız Birləşmiş Millətlər Təşkilatının xətti ilə hansısa sülhməramlı missiyada iştirak edirik. MDB məkanında isə KTMT çərçivəsində və ya ondan kənarda heç bir sülhməramlı missyada iştirak etmirik və etməyəcəyik. Buna arxayın ola bilərsiniz."

Əziz Göynüklü