Ukraynalılar Baxmut yaxınlığında hücuma keçiblər

Ukraynalılar Baxmut yaxınlığında hücuma keçiblər

7 İyun 2023 19:42
Bəyəndim (0) Bəyənmədim (0)

Baxmut istiqamətində Ukrayna hərbçiləri müdafiədən hücuma keçiblər. Ötən sutkada müxtəlif sahələrdə 1100 metrə qədər irəliləyiş var.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar Telegramda bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri bu ərəfədə Baxmut istiqamətində müxtəlif sahələrdə 200 metrdən 1100 metrə qədər irəliləyiblər.

Malyar qeyd edib ki, ruslar öz mövqelərini saxlamağa çalışaraq müdafiəyə keçiblər.

"Vaqnerovçular arxada istirahət edir və itkilərin yerini doldurmağa çalışırlar. b Hazırda döyüşlərdə Rusiya Federasiyasının desant-hücum dəstələri iştirak edirlər", - deyə məlumatda bildirilir.

Əziz Salam