Kirbi Lavrova sərt cavab verib: Ukraynanı tərk edərək rədd olub gedin

Kirbi Lavrova sərt cavab verib: Ukraynanı tərk edərək rədd olub gedin

7 İyun 2023 21:29
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə koordinatoru Con Kirbi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun «Qırıcı təyyarələrin Ukraynaya təhvil verilməsi eskalasiyaya səbəb olacaq» açıqlamasına cavab verib.

Oxuməni.az xəbər verir ki, Kirbi Lavrovun bəyanatına cavab olaraq Rusiyaya öz qoşunlarını Ukrayna ərazisindən çıxarmağı tövsiyə edib.

"Nazir Lavrova demək istərdim ki, əgər siz Ukraynanın hərbi potensialından narahatsanız, o zaman qoşunlarınızı götürüb Ukraynanı tərk etməli və oradan rədd olub getməlisiniz», - deyə Kirbi vurğulayıb qeyd edib.

Kirbinin sözlərinə görə, F-16-lar Ukraynaya uzunmüddətli müdafiə ehtiyacları çərçivəsində veriləcək. Söhbət Ukraynaya özünümüdafiə ehtiyaclarını təmin etməyə kömək etməkdən gedir.

Əziz Mustafa, Oxuməni.az