NATO Ukraynaya qoşun yeritməyə hazırdır

NATO Ukraynaya qoşun yeritməyə hazırdır

8 İyun 2023 09:29
Bəyəndim (0) Bəyənmədim (0)

NATO ölkələri qrupu, ABŞ da daxil olmaqla, alyansın üzvü olan ölkələr Vilnüsdə alyansın sammitində Kiyevə maddi təhlükəsizlik zəmanəti verməsə, Ukraynaya qoşun yeritməyə hazır ola bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında alyansın keçmiş baş katibi Anders Foq Rasmussen bildirib.

Onun sözlərinə görə eyni zamanda,NATO üzvü olan bəzi ölkələrin fərdi qaydada Ukraynaya canlı hərbi yardım göstərəcəyi istisna edilmir.

"Polşanın bu kontekstdə milli maraqları çərçivəsində daha güclü hərəkət edəcəyi və Baltikyanı ölkələrlə birlikdə Rusiyaya qarşı mübarizədə Ukraynaya kömək məqsədi ilə onların köməyinə canlı qüvvə ilə də gələ biləcəyi ehtimalı kifayət qədər yüksəkdir. NATO-nun bəzi üzvlərinin Ukrayna ərazisində Rusiyaya qarşı döyüşməsi isə quruma üzv digər ölkələrin də analoji addım atmasına gətirib çixaracağı gözlənilir",-deyə Ramussen bəyan edib.

Əziz Salam