Şuşaya səfər edən İspan jurnalist QRU agenti olub

Şuşaya səfər edən İspan jurnalist QRU agenti olub

8 İyun 2023 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə hadisələrini işıqlandıran İspan jurnalist Pablo Qonzales artıq 15 aydır ki, Polşada həbsdədir.

Oxuməni.az xəbər verir ki, Polşa xüsusi xidmət orqanları ukraynalı həmkarları ilə birgə əməliyyat zamanı Qonzalesin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) agenti olduğunu üzə çıxararaq onu həbs ediblər.

Ötən gün Qonzalesə qarşı qətimkan tədbiri daha üç ay uzadılıb.

Amnesty International insan haqları təşkilatlarının və "sərhədsiz Reportyorların" 41 yaşlı ispan Jurnalisti azad etmək çağırışlarına baxmayaraq, Pablo Gonzales hələ də Radom həbsxanasının xüsusilə təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş təkadamlıq kamerasında saxlanılır.

Maraqlıdır ki, 44 günlük 2020-ci il Ermənistan-Azərbaycan müharibəsi zamanı Pablo Qonzales Ermənistan ərazisindən keçərək Qarabağa daxil olub, oradan reportajlar hazırlayıb, Ağdərə, Xocavənd və Şuşa rayonlarındakı döyüşləri izləyib. Xankəndidə və Ermənistanın işğalı altında olan digər şəhərlərdə hərbi əməliyyatların qızğın vaxtında olub və İspaniyanın EFE xəbər agentliyi, Bask qəzeti Gara, Amerikanın səsi radiostansiyası, eləcə də Latın Amerikasındakı bir neçə Polşa qəzeti və televiziya kanalı üçün materiallar hazırlayıb.

Əziz Salamoğlu