ABŞ prezidentliyinə namizəd  Baydeni Ukraynaya yüksək səviyyədə yardım etməməkdə günahlandırıb

ABŞ prezidentliyinə namizəd Baydeni Ukraynaya yüksək səviyyədə yardım etməməkdə günahlandırıb

8 İyun 2023 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı tam dəstəklədiyini və Amerikanın hərbi yardımının gücləndirilməsinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynaya hərbi dəstəyin davam etdirilməsi ABŞ-ın milli maraqlarına cavab verir.

Oxuməni.az xəbər verir ki, nu barədə BBC məlumat yayıb.

Donald Tramp Administrasiyasında vitse-prezident vəzifəsini tutan Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb. O, ictimaiyyətlə görüşdə çıxış edərək bildirib ki, ABŞ Ukraynanı Rusiyanın təcavüzünü dəf etmək və ərazilərini geri qaytarmaq üçün lazım olan hər şeylə təmin etməlidir:

"Mən bilirəm ki, bu debatlarda bəziləri Ukraynadakı müharibəni ərazi mübahisəsi adlandırırlar. Bu belə deyil. Bu, heç bir şey tərəfindən təhrik edilməmiş bir rus istilasıdır. İnanıram ki, ABŞ Ukraynadakı cəsur əsgərlərə Rusiya istilasını dəf etmək və ərazi bütövlüyünü bərpa etmək üçün ən yüksək səviyyədə yardım etməlidir".

O bildirib ki, ABŞ prezidenti Co Bayden Ukraynaya hərbi yardım göstərməkdə yolverilməz lənglik göstərir. O xatırladıb ki, Vaşinqton hələ də yanvar ayında vəd etdiyi Abrams tanklarını Ukraynaya təhvil verməyib: "Hələ də kiminsə Ukraynaya F-16 qırıcılarını göndərməsini gözləyirik".

Əziz Mustafa, Oxuməni.az