Luqansk və Donetskdə güclü partlayışlar baş verib

Luqansk və Donetskdə güclü partlayışlar baş verib

8 İyun 2023 12:31
Bəyəndim (0) Bəyənmədim (0)

Müvəqqəti işğal olunmuş Luqansk və Donetskdə bir neçə partlayış baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli Telegram kanalları məlumat yayıb.

Sosial şəbəkələrdə işğal olunmuş Luqanskdan partlayışlardan sonra qara tüstü sütununun göyə qalxdığını görən bir video yayılır. Ukrayna KİV-lərinin məlumatına görə, partlayış Luqanskın Şərq məhəllələrində baş verib. Həmin əraqzidə rusların hərbi məqsədlər üçün istifadə edə biləcəyi "Luqanskteplovoz" zavodu yerləşir.

Yerli sakinlər bildirirlər ki, şəhərdə mobil rabitədə fasilələr müşahidə olunur.

Əziz Baş Göynüklü, Oxuməni.az