Almaniya Ukraynada  müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdırır

Almaniya Ukraynada müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdırır

8 İyun 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya kansleri Olaf Şoltz Ukraynaya uzun müddət kömək etməli olacağına hazırlaşmağa çağırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Corriere della Sera nəşrinin yaydığı məlumatda deyilir.

Şoltz həmçinin bildirib ki, Rusiya tərəfi Kiyev tərəfindən çoxdan təklif olunduğu kimi Ukrayna ilə Rusiya arasında ədalətli sülhü müzakirə etmək üçün qoşunlarını geri çəkməli və danışıqlar masasına oturmalıdır.

"Biz uzunmüddətli müharibəyə hazır olmalıyıq ki, bu üzücü münaqişədə Ukraynaya kömək edək. Biz Ukraynanı ədalətli və davamlı sülhə nail olmaqda dəstəkləyəcəyik. Bu məqsədlə biz Ukrayna və dünyanın bir çox digər ölkələri ilə intensiv danışıqlar aparırıq", - deyə Almaniya kansleri bildirib.

Əziz Salam, Oxuməni.az