Rusiya elitası Putinin Ukraynanı məğlub etmək şansına şübhə edir

Rusiya elitası Putinin Ukraynanı məğlub etmək şansına şübhə edir

8 İyun 2023 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya siyasi və işgüzar elitasının bir çox nümayəndəsi müharibədən yorulub. Onlar Rusiya prezidenti Vladimir Putinin müharibəni dayandıracağına şübhə etsələr də hərbi əməliyyatların dayandırılmasını istəyirlər.

Oxuməni.az xəbər verir ki, bu barədə Bloomberg etibarlı mənbələrə istinadən yazıb. Nəşrin bildirdiyinə görə, Rusiya rəsmiləri Ukraynadakı müharibə ilə bağlı ümidsizliyə qapılıblar.

Agentliyin ən optimist mənbələri belə ilin sonuna qədər danışıqları və münaqişənin dondurulmasını ən yaxşı seçim adlandırırlar. Onların fikrincə bundan sonra Putin ələ keçirdiyi Ukrayna ərazisinin bir hissəsini əsas tutaraq Rusiyanın qələbəsini elan edə bilər.

Dörd həmsöhbət Bloomberg-ə bildirib ki, elitalardan heç biri Rusiya prezidentinin Ukraynaya işğalı ilə əlaqədar Rusiya prezidentinə qarşı çıxmaq istəməsə də, artıq onun qələbəsinə inanmırlar.

Əziz Salamoğlu, Oxuməni.az