Rus generalı Kiyev Su Elektrik Stansiyasını dağıtmağa  çağırıb

Rus generalı Kiyev Su Elektrik Stansiyasını dağıtmağa çağırıb

8 İyun 2023 18:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı hərbi diplomat, Ali İqtisadiyyat Məktəbinin professoru, istefada olan general-leytenant Yevgeni Bujinski Ukrayna Su Elektrik Stansiyasını partlatmağa və Kiyevi su içində batırmağa çağırıb.

Oxuməni.az xəbər verir ki, o bu barədə Rusiya Federal telekanalının efirində deyib.

"Bəlkə Kiyev Su Elektrik Stansiyasına zərbə endirək? Orada gözəl su anbarı var və Kiyevdən bir qədər yuxarıda yerləşir. Onu dağıtsaq Kiyev su içərisində qalaraq batacaq. Bu barədə məncə düşünməyə dəyər",-deyə Bujinski bəyan edib.

Proqramın aparıcısı Kiyev Su Elektrik Stansiyasının dağıdılması ilə Rusiyanın nəyə nail olacağını soruşduqda, Bujinski: "Rusiya Ukrayna tərəfindən Kaxov Su Elektrik Stansiyasının dağıdılmasına görə ukraynalılara cavab verməlidir",- deyib.

Əziz Salamoğlu, Oxuməni.az