Dövlət Departamenti Ermənistanı Rusiyaya yardım etməkdə ittiham edib

Dövlət Departamenti Ermənistanı Rusiyaya yardım etməkdə ittiham edib

8 İyun 2023 21:37
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya sanksiyalara baxmayaraq əsas elektron komponentlərin idxalını bərpa edə bildi. Ölkədə əsas mikroçiplərin və elektronikanın idxalı Ukraynada müharibə başlamazdan əvvəlki səviyyəyə qayıtdı.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sanksiya koordinatoru Jim O ' Brien deyib.

O 'Brienin sözlərinə görə, Avropa şirkətlərinin materialları digər ölkələrə satır və onlar da öz növbəsində Rusiya bazarına çıxarır.

"Bu ilin əvvəlinə qədər Rusiya müharibədən əvvəlki səviyyədə özünü elektronika malları-çiplər, prosessorlar və inteqral sxemlər ilə təchiz edə bilib",-deyə O' Brien bəyan edib.

O qeyd edib ki, bu komponentlər müasir silahların istehsalında çox vacibdir. Onun sözlərinə görə, ABŞ Rusiyay sanksiyaların aradan qaldırılmasına kömək edən beş ölkəni müəyyən edib. Bunlar Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandır. Adı çəkilən ölkələrə qarşı ABŞ və müttəfiqləri tərəfindən sərt sanksiyaların tətbiq edilməsi barədə hazırlıqlar gedir.

Əziz Mustafa, Oxuməni.az