Zelenski fəlakət zonasına səfər edib

Zelenski fəlakət zonasına səfər edib

8 İyun 2023 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski iyunun 8-də Xerson vilayətinə işgüzar səfərə gəlib. O, burada Kaxov Su Elektrik Stansiyasının bəndinin partladılmasının nəticələrinin aradan qaldırılması üçün koordinasiya iclası keçirib.

"Bir çox vacib məsələləri, o cümlədən fəlakət nəticəsində yaranan ərazidə əməliyyat şəraiti, əhalinin potensial daşqın zonalarından təxliyəsi, bəndin partlaması nəticəsində yaranan fövqəladə vəziyyətin aradan qaldırılması, su basmış ərazilərin həyat təminatının təşkili, bölgənin ekosisteminin yenilənməsi perspektivləri və texnogen fəlakət zonasında hərbi vəziyyəti müzakirə edəcəyik. Fəlakət nəticəsində zərər çəkmiş sakinlərə kompensasiya vermək üçün vəsait ayırmaq və ya müəssisələrin köçürülməsi üçün bir proqram hazırlamaq vacibdir",- deyə Zelenski bildirib.

Dövlət başçısı əhalinin su basmış ərazilərdən təxliyəsinin həyata keçirildiyi keçidə də baş çəkib və insanlara kömək edən hər kəsə təşəkkür edib.

Murad Şahməmmədov