İrandan raket tənqidinə sərt cavab: Bu, tamamilə qanunidir

İrandan raket tənqidinə sərt cavab: Bu, tamamilə qanunidir

8 İyun 2023 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

İran hökuməti ölkədə həyata keçirilən ballistik raket proqramları ilə bağlı açıqlama verib. Təhlükəsizlik baxımından qeyri-qanuni olduğu səbəbiylə Qərb ölkələrindən edilən tənqidlər əsassızdır.

İran bəzi Qərb ölkələrinin ballistik raket proqramının BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozması ilə bağlı ittihamlarını rədd edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani yazılı açıqlamasında "İranın raket fəaliyyəti adi, müdafiə və beynəlxalq hüquq əsasında tamamilə qanunidir" deyə bildirib.

İran paytaxt Tehranda prezident İbrahim Rəisi və yüksək rütbəli hərbçilərin iştirak etdiyi mərasimdə ölkənin "Fettah" adlı ilk hipersəs ballistik raketini elan edib. Raketin buraxıldığı anın görüntüləri dövlət televiziyasında paylaşılıb. Verilən açıqlamada Fransa Xarici İşlər Nazirliyi İranın hipersəs ballistik raket hazırlaması ilə bağlı fəaliyyətindən narahat olduqlarını bildirib.

ABŞ və onun Qərb müttəfiqləri İranın ballistik raket fəaliyyətinin BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozduğunu iddia edirlər. İran isə inkişaf etdirilən raketlərin ənənəvi olduğunu və BMT Təhlükəsizlik Şurasının nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsinə uyğun olduğunu söyləyir.

BMT Təhlükəsizlik Şurasının 20 iyul 2015-ci ildə qəbul etdiyi lakin hazırda qüvvədə olmayan nüvə sazişini dəstəkləyən 2231 saylı qətnamə İranı nüvə başlıqları daşıya bilən ballistik raketlərlə bağlı heç bir tədbir görməməyə çağırır. Tehran administrasiyası isə iddia edir ki, sözügedən raketlər nüvə başlıqları daşımağa qadir deyil.

Murad Şahməmmədov