Cənubi Amerikada sel daşqınlarının yaratdığı mənzərə

Cənubi Amerikada sel daşqınlarının yaratdığı mənzərə

8 İyun 2023 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Amerika ölkəsi Ekvadorun şimal-qərbindəki Esmeraldas şəhərində güclü yağışlar daşqınlara səbəb olub. Bildirilib ki, 15 min ailə daşqınlardan zərər çəkib, 842 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 1467 nəfər isə mülki müdafiə qrupları tərəfindən xilas edilib. Açıqlamada leysan yağışlar səbəbindən indiyədək 2 min 895 evin zərər gördüyü, 1 aylıq yağıntının 12 saat ərzində düşdüyü qeyd edilib. Haitidə leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 51-ə yüksəlib.

Oxumeni.az