Zəngin ölkə kimi tanınan Dubayın bilinməyən kanalizasiya problemi və onun maraqlı həlli yolları

Zəngin ölkə kimi tanınan Dubayın bilinməyən kanalizasiya problemi və onun maraqlı həlli yolları

16 Avqust 2023 14:11
Bəyəndim (1) Bəyənmədim (0)

Dubay dedikdə ağlımıza zəngin və əzəmətli bir ölkə gəlir lakin şəhərin qlamur işıqlarının arxasında ölkənin mübarizə apardığı kanalizasiya problemi yatır. Kanalizasiya sistemlərinin qeyri-kafi olduğu yerlərdə tullantı maşınları işə düşür. Dünyanın ən hündür binası olan 828 metrlik Bürc Xəlifə 2010-cu ildə tamamlanarkən dünyanın ən hündür restoranı və gecə klubu da daxil olmaqla bir çox rekordlar qırdı. 163 mərtəbəli nəhəng binada 24 min pəncərə var.

Bina tamamilə heyrətamizdir lakin hələ də bir şey çatışmır: kanalizasiya sistemi! Burj Xəlifə şəhərin çirkab su sisteminə qoşulmayıb və kanalizasiya probleminin həlli üçün çox maraqlı üsuldan istifadə edilir. Binanın çirkab suları hər gün gələn narıncı maşınlarla boşaldılır və şəhərdən çıxarılır. Bu, bütün şəhərdə kanalizasiya çatışmazlığında tətbiq edilən bir sistemdir.

Burj tamamlandıqda, Dubay 2008-ci ildəki kredit böhranının təsirləri səbəbindən pis vəziyyətdə idi və onu şəhərin onsuz da gərgin olan kanalizasiya sisteminə əlavə etmək xərcləri lazımsız pul itkisi kimi qiymətləndirildi.

Podratçılar əmin idilər ki, hər gün tullantıların daşınması kanalizasiya sistemini təkmilləşdirməkdən daha ucuz başa gələcək. Halbuki 35 min nəfərin yerləşdiyi binada gündə orta hesabla 15 ton tullantı çıxarılır. Hazırda kanalizasiya sisteminin yenidən qurulması planları var lakin 2025-ci ilə qədər tamamlanmayacaq.

Daha geniş prizmadan yanaşsaq, ölkə miqyasında kanalizasiya probleminin olduğunu söyləmək olar. Zənginliyi ilə tanınan Dubayda belə primitiv problemin olması sizi təəccübləndirə bilər. The New York Times-a görə; Bu problemin əsas mənbəyi Dubayda birdən-birə artan əhalinin sürətli urbanizasiyası və vətəndaşların öz maliyyə imkanlarını nəzərə alaraq ekoloji problemləri görməməsidir.

Başqa bir xəbərə görə, Dubay kanalizasiya təmizləyici qurğulardakı suyu təmizləyərək və müxtəlif üsullarla istifadə edərək kanalizasiya problemi ilə mübarizə aparmağa çalışır.

Buna görə; Təmizlənmiş kanalizasiya suları şəhərin parklarının və yaşıllıqlarının suvarılmasında istifadə olunur. Hökumət bu sistemi bağçılıq və kənd təsərrüfatının geniş yayılmasının açarı kimi görür. Təbii ki, kanalizasiya suları çoxlu filtrlərdən keçir və pis qoxunun qarşısını almaq üçün çoxlu kimyəvi maddələr əlavə edilir.

Üstəlik, bu sistem içməli sudan qat-qat ucuzdur. Göstərilənlərə görə; İçməli suyun bir kubmetri 2 dollar olduğu halda, kanalizasiyanın hər kubmetri cəmi yarım dollardır.

Murad Şahməmməd