
Rusiyaya dronlarla kütləvi hücum edilib
Rusiya Müdafiə Nazirliyi Qara dəniz və Krım ərazisi üzərində Ukraynaya məxsus 19 pilotsuz təyyarənin hava hücumundan müdafiə vasitələri ilə məhv edildiyini açıqlayıb.
“Hava hücumundan müdafiə sistemləri Qara dəniz və Krım Respublikası ərazisi üzərində Ukraynaya məxsus 19 PUA-nı məhv edib”, - Rusiya Hərbi Departamenti bildirib.
Müharibə tərəfdarı olan bəzi Rusiya teleqram kanalları daha çox dronlar haqqında yazıblar.
Nazirlik həmçinin bildirir ki, həmin gecə Kursk, Belqorod və Oryol vilayətlərinin əraziləri üzərində bir PUA vurulub.
Rusiya Müdafiə Nazirliyi Krıma hücumdan sonra hər hansı itki və dağıntı barədə məlumat vermir. Eyni zamanda, Sevastopolun Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvozhaev əvvəllər şəhərdə pilotsuz təyyarələrin məhv edilməsi ilə bağlı məlumatları təkzib edib. “Bəli, hava hücumundan müdafiə sistemi işləyir, amma Krım zonasında. Sevastopolda bütün xidmətlər hazırlıq vəziyyətindədir, hava şəraitinə nəzarət edilir”, - deyə o, Telegram kanalında yazıb.
Əziz Mustafa