
Çkalovskidə zədələnən təyyarələri bərpa etmək çox çətin olacaq
SBU rəhbərinin keçmiş müavini Viktor Yaqun Moskva vilayətindəki Çkalovski aerodromuna diversantların hücumunu şərh edib. Rusiya Federasiyasının mühüm məsul şəxslərinə xidmət edən bəzi təyyarələr bu aerodromda yerləşir.
Onun FREEDOM telekanalında qeyd etdiyi kimi, belə bir aerodrom ciddi hava hücumundan müdafiəyə malik olmalıdır, çünki orada yerləşdirilən təyyarələrdən Rusiya hökumətinin nümayəndələri və ya Moskva səviyyəsində rəsmilər istifadə edir.
Bundan əvvəl Baş Kəşfiyyat İdarəsi “qiyamət təyyarələri”nin də bu aerodromda yerləşdiyini bildirmişdi. Yaqunun sözlərinə görə, söhbət İl-20-dən gedir.
O, Rusiya Federasiyasında belə təyyarələrin çox olmadığını vurğulayıb. Bundan əlavə, bir neçə il əvvəl onlardan birinin zədələnib.
"Bu təyyarənin məhv edilməsi və ya zədələnməsi çox güclü zərbədir. Çkalovskidə zədələnən təyyarələr Ukraynada istehsal edilib. Ukraynanın və müvafiq olaraq bizim köməyimiz olmadan onları təmir etmək çox çətin olacaq”, - deyə Yagun bildirib.
Əziz Mustafa