
Gürcüstan parlamentində deputatlar arasında dava kameralara düşüb
Gürcüstan parlamentində hakim partiyanın deputatları ilə müxalifət arasında dava düşüb. Bu yaxınlarda ABŞ Maliyyə Nazirliyi Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladzeyə sanksiya tətbiq etdikdən sonra müxalifətdən olan deputatlar və hakim partiyanın deputatları Gürcüstan Milli Bankının Partsxaladzenin bank hesablarını dondurmamasına etiraz ediblər. Müxalifət deputatları iqtidar partiyasının deputatlarını “Rusiya agentləri” adlandırsalar da, iqtidar partiyasının deputatları müxalifətdən olan deputatları “ABŞ agentləri” adlandırıblar. Dava zamanı tərəflər arasında xəsarət alan olmayıb.
Murad Şahməmməd
Digər xəbərlər