
Kanada və Hindistan arasında böhran böyüyür
Hindistan hökuməti Kanadanın ittihamlarını “cəfəngiyyat” adlandırır və “qətl aktı” iddiasını rədd edir.
Separatçı siqh liderinin öldürülməsindən sonra gərginləşən Kanada və Hindistan münasibətlərində böhran gərginləşməkdə davam edir. Keçən həftə iki ölkə qarşılıqlı olaraq diplomatlarını ölkədən çıxardıqdan sonra, dünya üzrə hökumətlər və diplomatik nümayəndəliklər üçün viza xidmətləri göstərən «Indian BLS International», Hindistanın Kanadadakı viza prosedurlarını dayandırdığını açıqlayıb.
Şirkətin rəsmi saytında verilən açıqlamada deyilir: "Hindistan missiyasından vacib xəbərdarlıq: Əməliyyat səbəblərinə görə, Hindistan viza xidmətləri 21 sentyabr 2023-cü il tarixindən etibarən qüvvəyə minən növbəti xəbərdarlığa qədər dayandırılsın".
Keçən həftə Ottava sui-qəsddə iştirak etdiyi iddia edilən bir Hindistan kəşfiyyat agentini deportasiya etdikdən sonra Dehli Kanadanın ölkədəki ən yüksək rütbəli diplomatını deportasiya edib.
Murad Şahməmməd