Azərbaycan suverenliyini bərpa etdiyini bəyan edib, İrəvan Rusiya Federasiyasından zəmanət gözləyir

Azərbaycan suverenliyini bərpa etdiyini bəyan edib, İrəvan Rusiya Federasiyasından zəmanət gözləyir

21 Sentyabr 2023 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Euronews.com xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Qarabağda cəmi bir günə yaxın davam edən hərbi əməliyyat nəticəsində ölkənin suverenliyinin bərpa olunduğunu bəyan edib. Bundan əvvəl separatçıları silahları yerə qoymağa, silahlı qüvvələrini buraxmağa və regionun Azərbaycana reinteqrasiyasına dair dərhal danışıqlara başlamağa razılıq verib. Müzakirəyə çıxarılan məsələlərdən biri də Bakının hakimiyyəti altında Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının müdafiəsidir.

Atəşkəs razılaşması Rusiya hərbçilərinin iştirakı ilə əldə olunub. Ermənistan rəhbəri Nikol Paşinyan Qarabağ ermənilərinin taleyinə görə Moskvanın məsuliyyət daşıdiğını söləyıb. O, vurğulayıb ki, sənəd İrəvanın iştirakı olmadan hazırlanıb və Ermənistanla heç bir əlaqəsi yoxdur.

Azərbaycan Ermənistan hökumətinin Qarabağdakı vəziyyətlə bağlı mövqeyini alqışlayıb: :"Ermənistan rəhbərliyi dünən və bu gün gözlənilməz siyasi səriştə nümayiş etdirdi. Biz bunu yüksək qiymətləndirir və mühüm amil hesab edirik"

E.Axund