Qazaxıstanda “xarici agentlər”in siyahısı peyda olub

Qazaxıstanda “xarici agentlər”in siyahısı peyda olub

22 Sentyabr 2023 07:05
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanda Rusiyanın “xarici agentlər” reyestrinə oxşar şəxslərin və təşkilatların siyahısı peyda olub. Bu barədə Exclusive.kz xəbər verir.

Sentyabrın 20-də dərc edilmiş “Xarici dövlətlərdən, beynəlxalq və xarici təşkilatlardan, əcnəbilərdən pul və ya digər əmlak alan şəxslərin reyestri”nin birinci variantına 240 nəfər və ya təşkilat daxil edilib.

Onların arasında müstəqil media, jurnalistlər, eləcə də ekoloji şirkətlər, hüquq müdafiə təşkilatları və QHT-lər var.

Qazaxıstanda 2018-ci ildən etibarən vergi qanunvericiliyi xaricdən maliyyələşdirmə haqqında hesabat tələb edir. 2022-ci ildə düzəlişlər qəbul edildi, ona görə belə maliyyə alan təşkilatların siyahısı açıq olmalıdır. Hökumət bunun "vətəndaşların inam səviyyəsini artıracağını" izah etdi.

2023-cü ilin martında Dövlət Gəlirləri Komitəsi elan edib ki, reyestrin ilk variantı şirkətlər ilin birinci yarısı üzrə hesabatlarını təqdim etdikdə dərc olunacaq.

Qazaxıstan qanunvericiliyi reyestrdə yer alan şirkətlərə və şəxslərə heç bir məhdudiyyət qoymur.

Əziz Mustafa