
Tehran xarici qüvvələrin regionun problemlərinə qarışmasına imkan verməyəcək
“Mehr” xəbər agentliyi İranın müdafiə naziri Məhəmmədrza Aştianinin ABŞ-ın Azərbaycanla Ermənistan arasındakı münaqişəyə müdaxiləsi, eləcə də qoşunların yerləşdirilməsi ilə bağlı ittihamlar səsləndirdiyi bəyanatını dərc edib.
Bəyanatda deyilir ki, Tehran “heç vaxt heç bir xarici qüvvələrin regionun problemlərinə qarışmasına imkan verməyəcək”.
“Bizim səylərimiz region ölkələri arasında qarşılıqlı fəaliyyət yolu ilə problemləri özümüz həll etməkdir”, - deyən müdafiə naziri vurğulayıb və əlavə edib ki, İran bölgənin geosiyasətində heç bir dəyişikliyi qəbul etmir.
"Biz Ermənistan və Azərbaycanla əlaqələrimizi və qarşılıqlı fəaliyyətimizi davam etdiririk. Bu ölkələr bizim qonşularımız və qardaşlarımızdır, biz onların problemlərinin həllinə kömək etməyə çalışırıq”.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirib. Bundan əlavə, Yerevan regiona Aİ-nin müşahidə missiyasını cəlb edib və Kanadanın da yaxın vaxtlarda bu missiyaya qoşulacağı gözlənilir.
Əziz Mustafa