
Macarıstan Aİ-nin Azərbaycan əleyhinə bəyanatına veto qoyub
Macarıstan Avropa İttifaqı (Aİ) ölkələrinin Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanatına veto qoyub, bu barədə Avropa diplomatik mənbələri məlumat yayıb.
Qeyd olunduğu kimi, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin Azərbaycanın Qarabağda antiterror tədbirləri ilə bağlı anti-Azərbaycan qərəzli bəyanatı əvvəlcə Aİ-nin bütün 27 ölkəsinin birgə bəyanatı olmalı idi, lakin Macarıstan buna veto qoydu.
Borrelin bəyanatı Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinə aiddir. Bu tədbirlər Üçtərəfli Sazişin müddəalarının həyata keçirilməsi, genişmiqyaslı təxribatların dayandırılması, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tərksilah edilməsi və çıxarılması, yerli sakinlərin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan ərazisində konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilib.
Əziz Mustafa