
Cənubi Koreyada müəllimləri valideynlər tərəfindən zorakılıqdan qorumaq üçün qanun qəbul edilib
Cənubi Koreya müəllimləri valideynlər tərəfindən zorakılıqdan qorumaq üçün qanun qəbul edib, BBC xəbər verir.
Seulda 23 yaşlı ibtidai məktəb müəlliminin intiharına görə bütün ölkədə müəllimlər 9 həftədir etiraz aksiyası keçirirlər. Əvvəllər gənc qız həddindən artıq avtoritar və hətta zorakılıq edən valideynlərin şikayətlərindən narahatlığını ifadə etmişdi.
Etirazçıların əsas tələbləri onlara daha çox hüquqların verilməsi, onları tələbələrdən və valideynlərindən qorumaqdır. Müəllimlər hesab edirlər ki, valideynlər 2014-cü ildə qəbul edilmiş uşaqların müdafiəsi haqqında qanundan istifadə edirlər və bu qanuna əsasən, uşaq istismarında ittiham olunan müəllimlər dərhal işdən çıxarılır.
“Müəllim Hüquqlarının Bərpası haqqında” qanun layihəsi adlanan yeni qanuna əsasən, müəllim uşaq istismarı barədə məlumat verdikdən sonra işdən dərhal kənarlaşdırılmayacaq; əlavə araşdırma və sübut tələb olunacaq. Bundan başqa, məhkəmə çəkişmələrində iştirak edən müəllimlərə dövlət tərəfindən maddi dəstək göstəriləcək, məktəb direktorlarının üzərinə işçilərinin müdafiəsi üçün daha böyük məsuliyyət qoyulacaq.
Əziz Mustafa