LUKOIL hasilatın pay bölgüsü sazişi çərçivəsində Özbəkistana 100 milyon dollardan çox pul ödəyib

LUKOIL hasilatın pay bölgüsü sazişi çərçivəsində Özbəkistana 100 milyon dollardan çox pul ödəyib

22 Sentyabr 2023 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

2023-cü ilin birinci yarısının yekunlarına əsasən, Mərkəzi Asiya respublikasında qaz hasil edən Rusiyanın “Lukoil Uzbekistan Supply and Trading” şirkəti tərəfdaş dövlətə 103,1 milyon dollar köçürüb. Ödəniş hasilatın pay bölgüsü sazişi (PSA) çərçivəsində həyata keçirilib.

Məlumdur ki, LUKOIL şirkəti və onun bölmələri Özbəkistan hökuməti ilə HPBS əsasında bir neçə layihə üzrə işləyir. 2004-cü ildən əcnəbilər Qandım-Xauzak-Şadı yatağında qaz hasil edir. Bu halda müqavilə 2046-cı ilə qədər qüvvədədir.

2007-ci ildən isə Mərkəzi Asiya ölkəsinin hakimiyyəti Rusiyadan olan tərəfdaşlarla “Cənub-Qərbi Hisar”da təbii sərvətlərin çıxarılmasına dair müqavilə imzalayıb. Bu müqavilə 36 il müddətinə nəzərdə tutulub.

2019-cu ildə Özbəkistanın faydalı qazıntıların bir hissəsini daxili bazara çıxardığı üçün LUKOIL-a qaz tədarükünə görə təxminən 600 milyon dollar borcu olduğu, lakin HPBS-nin şərtləri hasil edilən resursların bütün həcminin ixracını nəzərdə tutduğuna dair məlumat yayılmışdı. Eyni zamanda, ölkə prezidenti Şavkat Mirziyoyev borcun olduğunu etiraf edib və hasilatın pay bölgüsü sazişi tərtib edilərkən niyə milli maraqların nəzərə alınmaması ilə maraqlanıb.

Əziz Mustafa