Türkmənistan və Çin arasında qarşılıqlı ticarətin həcmi 7 milyard dolları ötüb

Türkmənistan və Çin arasında qarşılıqlı ticarətin həcmi 7 milyard dolları ötüb

3 Oktyabr 2023 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin 8 ayı ərzində Aşqabadla Pekin arasında ticarət dövriyyəsinin həcmi 7,29 milyard ABŞ dolları təşkil edib. Bu barədə Çin Xalq Respublikasının yaradılmasının 74-cü ildönümü münasibətilə Aşqabadda keçirilən bayram ziyafətində çıxış edən Çinin Türkmənistandakı səfiri Qian Naişenq bildirib.

“Çin-Türkmən əməkdaşlığının güclü daxili dinamikası var. Bu ilin yanvar-avqust aylarında ikitərəfli ticarətin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 7,29 milyard ABŞ dollarına çatıb”, - Çin səfiri vurğulayıb. Onun sözlərinə görə, Çin-Türkmən münasibətlərinin təməl daşı təbii qaz sahəsində əməkdaşlıqdır və Türkmənistan artıq Çinə 380 milyard kubmetrdən çox qaz ixrac edib.

Çinin Aşqabaddakı səfiri həmçinin bildirib ki, son on ildə 150-dən çox ölkə və 30 beynəlxalq təşkilat Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulub, nəticədə 3 mindən çox layihə həyata keçirilib və trilyon ABŞ dollarına yaxın investisiya qoyulub.

Əziz Mustafa