
Hindistan 40-a yaxın kanadalı diplomatı ölkədən qovur
Financial Times (FT) mənbələrə istinadən xəbər verir ki, Hindistan 40-a yaxın kanadalı diplomatın oktyabrın 10-dək ölkəni tərk etməsini tələb edib.
Onların sözlərinə görə, Hindistan hakimiyyəti göstərilən tarixdən sonra qalanların diplomatik toxunulmazlığını ləğv etməklə hədələyib.
Kanada Xarici İşlər Nazirliyi və Hindistan hökuməti məlumatı şərh etməkdən imtina ediblər. FT-nin həmsöhbətlərindən birinin aydınlaşdırdığı kimi, Kanadanın Hindistanda 62 diplomatı var və Yeni Dehli bu sayının 41 nəfər azaldılmasını əmr edib.
Nəşr yazır ki, Hindistanın Ottavadakı səfirliyində onlarla diplomat var, lakin hind diplomatlarının dəqiq sayı verilmir.
Sentyabr ayında Kanadanın baş naziri Qastin Trüdonun Kanadada sikx icmasının liderlərindən birinin qətlində Hindistan kəşfiyyat xidmətlərinin əli ola biləcəyini açıqlamasından sonra iki ölkə arasında münasibətlər pisləşib. Kanada Xarici İşlər Nazirliyi yüksək rütbəli hind diplomatını ölkədən, Hindistan isə kanadalı diplomatı ölkədən çıxardığını açıqlayıb.
Əziz Mustafa