Qarabağın separatçılardan təmizlənməsi Gürcüstana da ərazi bütövlüyünü bərpa etmək imkanı verir

Qarabağın separatçılardan təmizlənməsi Gürcüstana da ərazi bütövlüyünü bərpa etmək imkanı verir

3 Oktyabr 2023 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Facebook səhifəsində Azərbaycanın milyarder Ruben Vardanyanı həbs etməsindən bəhs edib.

“Ətrafımızda yaxşı ilə şər arasında qarşıdurma var. Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsinə fəal dəstək verən rusiyalı milyarder Ruben Vardanyanı, eləcə də qondarma qurumun “xarici işlər naziri” David Babayanı həbs edib. Bu gün Rusiya tərəfindən işğal edilən “Abxaziya Respublikası” və “Cənubi Osetiya Respublikası” faktiki olaraq öz tərəfdaşlarını itirib – axı, qondarma “Artsax” ləğv edilib”, - deyə Saakaşvili yazıb.

Daha sonra eks-prezident yazır ki, “bizim qarşımızda unikal imkanlar açılır və biz onları əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq. Bu missiya Gürcüstanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etmək və Avropanın bir hissəsi olmaqdır”.

Əziz Mustafa