Avropa Komissiyası Ukraynaya görə Macarıstan üçün ayrılan 13 milyard avro yardımı dondurmağa hazırlaşır

Avropa Komissiyası Ukraynaya görə Macarıstan üçün ayrılan 13 milyard avro yardımı dondurmağa hazırlaşır

3 Oktyabr 2023 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Komissiyası noyabrın sonuna kimi Macarıstana 13 milyard avroya yaxın vəsaitin ayrılmasını dayandırmaq niyyətindədir. Aİ səlahiyyətliləri gözləyirlər ki, bundan sonra Macarıstanın baş naziri Viktor Orban komissiyanın Aİ büdcəsini artırmaq və Ukraynaya əhəmiyyətli maliyyə yardımı ayırmaq təklifini dəstəkləyəcək, deyə mənbələr The Financial Times-a bildiriblər.

2022-ci ilin dekabrında Aİ Macarıstana ayrılmış 22 milyard avroluq yardımı dondurdu və bu ölkənin insan hüquqları və qanunun aliliyi qaydalarına əməl etmədiyinə qərar verdi. May ayında Budapeşt Brüsselin tələblərinə cavab olaraq məhkəmə islahatları həyata keçirdi və komissiyaya 13 milyard avronun kilidini açmağa imkan verdi.

Bundan əvvəl Avropa Komissiyası artan xərcləri ödəmək üçün Aİ-nin ümumi büdcəsini 66 milyard avro artırmağı təklif etmişdi. Bu vəsaitin bir hissəsi (təxminən 50 milyard) Ukraynanın növbəti dörd il ərzində xərclərini ödəməsinə kömək etmək üçün Ukraynaya maliyyə dəstəyinə yönəldilməlidir.

Əziz Mustafa