
Baltik limanlarından Afrika və dünyanın digər regionlarına taxıl göndəriləcək
Litva Ukrayna taxılının Baltikyanı dəniz limanları vasitəsilə ixracı üçün dəhliz yaratmağa razılaşıb. Bu barədə bu ölkənin xarici işlər naziri Qabrielius Landsberqis məlumat verib.
"Rusiya Ukrayna ərzağını məhv edir, Litva isə onun ixracına yardım əli uzadır. Baltik limanlarına taxılın tranziti üçün dəhliz qəbul edilib və razılaşdırılıb", - deyə o Twitter-də yazıb.
Litvalı diplomatın sözlərinə görə, Ukrayna taxılının ixracı üçün yeni marşrut Kiyevə təzyiqi azaldacaq və Afrika ölkələrinə və dünyanın digər regionlarına tədarükün artırılmasına imkan verəcək.
Ukrayna taxılının ixracı ilə bağlı problemlər
UNIAN-ın yazdığı kimi, iyulun ortalarında Qara Dəniz Taxıl Təşəbbüsünün müddəti başa çatdı. Rusiya isə müqaviləni yeniləməkdən imtina etdi və onun başa çatmasından dərhal sonra taxılın saxlanması, daşınması və ixracı ilə bağlı Ukrayna infrastrukturunu qəsdən məhv etməyə başladı.
İndi Ukrayna Qara dənizdə dəniz taxıl ixracı marşrutunu bərpa etməyə çalışır, lakin həcmlər hələ də çox cüzidir -iyulda 292 min ton, sentyabrda cəmi 50 min ton buğda xaricə göndərilib. Halbuki taxıl dəhlizinin hələ də mövcud olduğu dövrdə-iyun ayında xaricə 2 milyon ton Ukrayna taxılı göndərilmişdi.
Əziz Mustafa