Hitlerin doğulduğu ev neonasistlərdən qorunmaq üçün polis bölməsinə çevriləcək

Hitlerin doğulduğu ev neonasistlərdən qorunmaq üçün polis bölməsinə çevriləcək

4 Oktyabr 2023 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Avstriya Adolf Hitlerin doğulduğu sarı kərpicdən tikilmiş evi polis bölməsinə çevirmək üçün işlərə başlayıb. Belə ki, hakimiyyət binanın neonasistlərin ziyarətgahına çevrilməsinin qarşısını almaq istəyir.

“The Washington Post” yazır ki, Avstriyanın Almaniya ilə sərhədi yaxınlığında yerləşən Braunau am İnndəki diktatorun doğulduğu yerin mülkiyyəti və taleyi ilə bağlı onilliklər ərzində davam edən mübahisələrdən sonra Avstriya hökuməti 2017-ci ildə binanı müsadirə edib. Daha sonra Daxili İşlər Nazirliyi onu hüquq-mühafizə mərkəzinə, o cümlədən polis məmurları üçün insan hüquqlarının tədrisi mərkəzinə çevirmək planlarını açıqladı.

Artıq işçilər hasarları quraşdırımağa başlayıb və təxminən iki il çəkəcəyi gözlənilən təmir işlərinə hazırlaşırlar. Polis binaya 2026-cı ildə köçməlidir.

Ehtimal olunur ki, obyektin yaxınlığındakı xatirə daşında "Sülh, azadlıq və demokratiya naminə. Faşizmə bir daha imkan verməyəcəyik, milyonlarla ölü bir xəbərdarlıqdır" yazısının qalacağı gözlənilir.

Əziz Mustafa