
Ukrayna ilə müharibədə Rusiyaya qarşı çıxmaq daha böyük münaqişənin qarşısını almağa kömək edir
Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib ki, Ukraynanın soyuq havalar başlamazdan əvvəl əks-hücum cəhdini davam etdirmək üçün altı-səkkiz həftə qalıb.
O deyib ki, soyuq hava bizim dostumuz deyil və vəziyyətin pisləşməsinə altı-səkkiz həftəmiz qalıb.
Kirbi Konqresin Kiyevə yardım üçün tez vəsait ayırmasının vacibliyini vurğuladı və Konqres üzvlərinin əksəriyyətinin Ukraynaya əlavə yardımı dəstəklədiyini xatırladıb. O, həmçinin qeyd edib: “Mən əlavə edərdim ki, nə baş verməsindən asılı olmayaraq, konqresmenlərin böyük əksəriyyəti və Nümayəndələr Palatasının bütün rəhbərliyi Ukraynaya yardımın davam etdirilməsini dəstəkləyir”.
Kirbi həmçinin bildirib ki, Ukrayna ilə müharibədə Rusiyaya qarşı çıxmaq Amerika qoşunlarının cəlb oluna biləcəyi daha böyük münaqişənin qarşısını almağa kömək edir.
“Rusiyaya qarşı mübarizə əslində Amerika qoşunlarının iştirakını tələb edə biləcək daha böyük münaqişənin qarşısını ala bilər”, - deyə Kirbi bildirib.
Əziz Mustafa