
Fransanın xarici işlər naziri İrəvanla həmrəy olduqlarını bir daha qeyd edib
Ermənistana səfər edən Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Paris İrəvana hərbi texnika verilməsini təsdiqləyib. İrəvanda mətbuata açıqlama verən nazir Kolonna deyib ki, “Fransa müdafiəsini təmin edə bilməsi üçün Ermənistana hərbi texnika tədarükünü təmin edəcək gələcək müqavilələrin imzalanmasını təsdiqləyib”.
Fransalı nazir hərbi texnikanın məzmunu ilə bağlı təfərrüatları açıqlayarkən qeyd edib ki, Paris bu sahədə “hər iki tərəfin məsuliyyəti ruhunda və heç bir eskalasiya olmadan” hərəkət edəcək.
Kolonna açıqlamasında ölkəsinin Ermənistanın suverenliyi və ərazi bütövlüyündən narahat olduğunu bildirib və İrəvanla həmrəy olduqlarını bir daha qeyd edib.
Xatırladaq ki, Ermənistan ordusu əsasən Rusiya silahlarından istifadə edir. Rusiyanın bu ölkədə hərbi bazası və Dağlıq Qarabağda sülhməramlı qüvvələri var.
Lakin baş nazir Nikol Paşinyan hökuməti son illər Moskva əvəzinə Qərblə münasibətləri yaxşılaşdırmaq istəyir.
Murad Şahməmməd