
Avropada COVID-19-a yoluxanların sayı artmaqda davam edir
COVID-19 hadisələrinin sayı artdıqca, bir çox Avropa ölkələri virusa qarşı yeni peyvənd kampaniyalarına başlayır, euronews xəbər verir.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, Avropa ölkələrinin yarıdan çoxunda COVID-19-a yoluxma halları artır. Aİ və Avropa İqtisadi Zonası (AİB) ölkələrinin sakinlərinin təxminən 73%-i COVID-19 peyvəndinin birinci kursunu, 14%-i isə ikinci kursu tamamlayıb.
Bu həftə Fransada COVID-19-a qarşı yeni peyvənd kampaniyası başladı. Peyvənd pulsuzdur və ölkədəki hər kəsə verilə bilər.
Həmçinin Almaniya, İspaniya, Hollandiya Poşla, Bolqarıstan və digər Avropa ölkələrində vətəndaşları revaksinasiyaya çağıran yeni peyvənd kampaniyaları artıq başlayıb.
Xüsusilə əhalinin həssas təbəqələri-60 yaşdan yuxarı insanlar, hamilə qadınlar, zəif immun sistemi olanlar, qocalar evinin sakinləri və ciddi xəstəliklərin inkişaf riski yüksək olanlar.üçün gücləndirici peyvənd almaq fəal şəkildə tövsiyə olunur.
Əziz Mustafa