
Moskva və Moskva vilayətində hava şəraitinin “sarı” təhlükəsi elan edilib
Rusiya Federasiyasının Hidrometeorologiya Mərkəzi küləklə əlaqədar Moskvada hava şəraitinin “sarı” təhlükəsi olduğunu açıqlayıb.
Xəbərdarlıq dekabrın 5-i saat 12:00-dək davam edəcək. Sinoptiklər qarqarışıq əsən küləyin sürətinin 16 m/s-ə çatacağını proqnozlaşdırırlar. "Təhlükəli hadisələrin intensivliyi dərəcəsi: sarı - hava potensial təhlükəlidir" deyə qurumun saytında aydınlıq gətirilib.
Dekabrın 2-də Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, yaxın günlərdə ölkənin əksər ərazilərində anomal soyuq hava şəraiti müşahidə olunacaq.
O qeyd edib ki, dekabrın 2-dən 6-dək Şimal-Qərb Federal Dairəsinin bütün rayonlarında havanın temperaturu iqlim normasından 7-14 dərəcə aşağı, bəzi yerlərdə isə 15-20 dərəcə aşağı olacaq. Mərkəzi Federal Dairədə şaxtalar mənfi 15-23 dərəcəyə çatacaq.
Oxuməni.az