
Finlandiya Ukrayna üçün mərmi istehsalını əhəmiyyətli dərəcədə artıracaq
Finlandiya hökuməti bildirib ki, o, ölkədə mərmi istehsalını dəfələrlə artırmaq planları hazırlayıb və sonradan Ukraynaya tədarük olunacaq.
Nammo Lapua Oy-un müəssisələrində istehsalın genişləndirilməsi üçün on milyonlarla avro ayrılıb. Bildirilir ki, finlər 155 mm-lik mərmi istehsalında ixtisaslaşacaqlar.
Finlandiya hökuməti Ukraynaya hansı növ hərbi yardım göndərdiyini demək olar ki, heç vaxt açıqlamayıb. Əvvəllər bu prinsip yalnız Ukraynaya “Leopard 2” tanklarının tədarükü üçün koalisiyanın yaradılması ilə bağlı danışıqlar zamanı pozulub.
Oxuməni.az
Digər xəbərlər