Amerikalı general Krım körpüsünü dağıtmaq planını açıqlayıb

Amerikalı general Krım körpüsünü dağıtmaq planını açıqlayıb

6 Dekabr 2023 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna hərbçiləri Ordunun Taktik Raket Sistemi (ATACMS) və alman Taurus raketləri kimi kifayət qədər sayda idarə olunan raketlərlə Krım körpüsünü məhv etməyə qadir olacaq. Bu barədə ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodges “Foreign Affairs” nəşrinə yazdığı məqalədə yazır.

Təqaüddə olan general körpünün tikintisini Moskvanın Ukrayna və Qara dəniz regionunda hökmranlıq etmək strategiyasının bir hissəsi adlandırır. Onun məhv edilməsi Ukraynanın təkcə Krımda deyil, bütövlükdə müharibədə də qələbəsinin açarı ola bilər. Hodges Ukrayna Silahlı Qüvvələri üçün əsas problemi körpünün zədələrə və hücumlara davamlı olması adlandırır. Onu tamamilə daöıtmaq üçün güclü raketlərlə kütləvi hücum lazımdır. Bununla belə, hətta ATACMS kimi təkmil raketlərin də dəqiqliyi məhduddur və körpüdəki nisbətən kiçik hədəfləri vurmaq ehtimalı azdır.

Hodges qeyd edib ki, bunkerləri məhv etmək üçün nəzərdə tutulan alman “Taurus” raketinin bir və ya bir neçə körpü dayağına ziyan vurma şansı yüksək ola bilər. Lakin Almaniya Rusiyanın cavab addımlarından qorxduğu üçün Ukraynaya bu raketləri verməkdən imtina edir.

Oxuməni.az