ABŞ-ın hərbi yardımı olmasa, Ukrayna müharibəni itirmək riski ilə üzləşir

ABŞ-ın hərbi yardımı olmasa, Ukrayna müharibəni itirmək riski ilə üzləşir

6 Dekabr 2023 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak xəbərdarlıq edib ki, Amerikanın yeni hərbi yardımı olmadan ölkəsi müharibədə Rusiyaya uduzmaq riski ilə üzləşir, BBC ona istinadən xəbər verir.

Yermakın sözlərinə görə, Amerikanın davamlı dəstəyi olmadan Ukraynanın müharibəni itirməsinin “böyük riski” var.

Çərşənbə axşamı Vaşinqtonda ABŞ Sülh İnstitutunda çıxış edən o, "Eyni mövqeləri saxlamaq və sadəcə sağ qalmaq bizim üçün çətin olacaq" dedi.

Yermakın bəyanatı bazar ertəsi Ağ Evin Ukraynaya əlavə yardımı təmin etmək üçün yenidən səyləri fonunda verilib. Eyni zamanda, Konqres hələ də Kiyevin hərbi səylərini əlavə maliyyələşdirməyə imkan verəcək kompromis sazişi bağlamağa yaxın deyil.

Ağ Evin İdarəetmə və Büdcə Ofisinin direktoru Şalanda Yanq bazar ertəsi Demokrat və Respublikaçı liderlərə ünvanladığı mesajda "Bizim pulumuz və vaxtımız tükənir" dedi.

O deyib ki, Konqres ilin sonuna qədər Ukraynaya əlavə hərbi yardımı təsdiq etməsə, bu, ölkənin Rusiyaya qarşı mübarizə səylərini sarsıdacaq

Oxuməni.az