
Yaponiya Ukraynaya 4,5 milyard dollar məbləğində yardım edəcək
Yaponiya Ukraynaya 4,5 milyard dollar məbləğində yardım edəcək. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
“Ukraynanı dəstəkləmək üçün çox vaxtında və lazımlı qərara görə Yaponiyaya təşəkkür etmək istərdim. Ümumi məbləğ 4,5 milyard dollardır və biz yanvarda birinci hissəni - 1,5 milyardı gözləyirik. Bu yardım paketinin böyük hissəsi yazda çatdırılacaq”, – Ukrayna mediası Zelenskidən sitat gətirir.
Prezident Yaponiyanın Ukraynanı ardıcıl və əsaslı dəstəklədiyini qeyd etdi və bu köməyə görə təşəkkür etdi.
Oxuməni.az
Digər xəbərlər