ABŞ-ın Ukraynaya ayırdığı yardımın verilməsi gecikir

ABŞ-ın Ukraynaya ayırdığı yardımın verilməsi gecikir

24 Aprel 07:26
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Ukraynaya ayırdığı yardımın verilməsi gecikir.

ABŞ tərəfindən Ukraynaya ayrılan maliyyə yardımı və hərbi təyinatlı silahların həqiqi ünvanına çatdırılması hələ də baş tutmayıb.

Yardımların gecikməsi isə cəbhədə ağır duruma düşən Ukraynada həyacanla qarşılanmaqdadır. Bununla bağlı Ukrayna Baş naziri Denis Şmıqal deyib ki, biz hələ də Konqres tərəfindən ayrılan və prezident Co Bayden tərəfindən təsdiqlənən yardımı ala bilməmişik. O, bunun səbəblərini anlaya bilmədiyini söyləyib.

Ukrayna baş naziri xatırladıb ki, cəbhədə vəziyyət gündən-günə ağırlaşır və belə bir vəziyyətdə onlara ayrılan yardımın gecikməsi daha ağır nəticələr verə bilər.

Oxuməni.az