Macarıstan Aİ-nin Çin siyasətinin əleyhinə çıxıb

Macarıstan Aİ-nin Çin siyasətinin əleyhinə çıxıb

24 Aprel 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının Çinlə əməkdaşlığa təhlükə kimi baxması və onlarla münasibətlərə bəzi məhdudiyyətlər tətbiq etməyə çalışmasına Macarıstan sərt reaksiya verib.

Məsələyə diqqəti cəlb edən Macarıstan xarici işlər naziri Peter Siyarto Aİ-nin bu siyasətinin yanlış və kökündən səhv olduğunu deyib. Onun sözlərinə görə, bu məhdudiyyətlərdən ancaq Avropa İttifaqına üzv olan ölkələr zərər çəkəcəklər.

Peter Siyarto ölkəsinin həmçinin Aİ tərəfindən Çinin avtomobil sektoruna qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirməyə hazırlaşmasını da dəstəkləmədiyini bəyan edib.

Oxuməni.az