"Hizbullah" terrorçuları İsrail ərazisinə zərbələr endiriblər

"Hizbullah" terrorçuları İsrail ərazisinə zərbələr endiriblər

24 Aprel 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Fələstini İsrailə qarşı mübarizədə dəstəkləyən və İran tərəfindən idarə edilən terrorçu "Hizbullah" adı çəkilən ölkənin şimalındakı yaşayış məntəqələrinə zərbələr endirib.

Bununla bağlı "Hizbullah"ın Teleqram kanalında yaydığı məlumatda deyilir ki, İsrailin şimalındakı Şomera qəsəbəsi atəşə tutulub. Qeyd edilir ki, bundan məqsəd Fələstinə dəstək verilməsi olub.

"Al Mayadeen" telekanalı da "Hizbullah"ın İsrailin şimalındakı yaşayış məntəqələrinə zərbələr endirdiyini təsdiqləyib. Telekanal bildirib ki, "Hizbullah" təkcə Marqaliot kəndinə 30 raket zərbəsi endirib.

Oxuməni.az