Belarus hərbi sənayesi müasir silah istehsalını artıracaq

Belarus hərbi sənayesi müasir silah istehsalını artıracaq

24 Aprel 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus hərbi sənayesi müasir silah istehsalını artırmaq yeni növ silahlar istehsal etmək niyyətindədir.

Bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin elmi işlər üzrə müavini Viktor Tumar mətbuata açıqlamasında bəyan edib. Tumar deyib ki, Belarus xaricdən gələn təhdidlərə qarşı özünün lazer silahını hazırlamaq məqsədi ilə müvafiq texniki işlər həyata keçirir.

O, Belarus Silahlı Qüvvələrinin Elmi-Tədqiqat İnstitutunun nailiyyətləri sərgisində çıxışında bildirib ki, bizim lazer silahı istehsalına nail olmaq üçün bütün imkanlarımız var.

Tumar xatırladıb ki, Belarus elektron müharibə sahəsində öndə gedən ölkələrdən biridir və müasir radar sistemlərinin istehsalında böyük uğurlara nail olub.

Oxuməni.az