Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək

Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə kömək edəcək

6 Sentyabr 08:06
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya Ukraynanı pilotsuz təyyarələrdən və Rusiya Federasiyasının raket hücumlarından müdafiə etmək üçün çoxməqsədli raketlərlə təmin edəcək.

Qeyd olunur ki, Ukrayna 162 milyon funt-sterlinq (213,13 milyon dollar) dəyərində 650 yüngül çoxməqsədli raket alacaq ki, bu da ölkəni Rusiyanın zərbə endirmə təyyarələrindən və bombardmanlarından qorumağa kömək edəcək.

Raketlərin yeni tədarükü Böyük Britaniyanın müdafiə naziri Con Healeynin Almaniyadakı Ramşteyn aviabazasında Ukrayna Müdafiə Əlaqələri Qrupunun iclasında iştirakı zamanı elan edilib.

"Bu yeni öhdəlik Ukraynanın hava hücumundan müdafiəsinə mühüm təkan verəcək", - Healey bildirib.

Thales Group tərəfindən istehsal olunan raketlər 6 kilometrdən çox mənzilə malikdir və quruda, dənizdə və havada müxtəlif platformalardan buraxıla bilir.

Oxuməni.az