Formula 1 Azərbaycan Qran Prisi 2024-ün təntənəli şəkildə açılışı olub

Formula 1 Azərbaycan Qran Prisi 2024-ün təntənəli şəkildə açılışı olub

15 Sentyabr 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Formula 1 Azərbaycan Qran Prisi 2024-ün təntənəli şəkildə açılışı olub.

Açılış mərasimində öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Avroviziya-2022-də Azərbaycanı təmsil edən Nadir Rüstəmli Dövlət Himnini ifa edib.

Olduqca maraqlı və rəngarəng keçən açılış mərasimində Dövlət Himnimiz klassik üslubda səsləndirilib və səhnə tərtibatı açılan xalça motivini xatırladıb. “Xan Qarabağ” xalçalarının sadə naxışlarından ilhamlanaraq hazırlanmış səhnə Azərbaycanın zəngin mədəni irsini əks etdirib.

Açılışdan sonra Formula 1 Azərbaycan Qran Prisi 2024 start götürüb.

Emin Axundov, Murad Şahməmmədov, Oxuməni.az