Mərkəzi Avropada güclü daşqınlar 6-dan çox insanın həyatına son qoyub

Mərkəzi Avropada güclü daşqınlar 6-dan çox insanın həyatına son qoyub

16 Sentyabr 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Avropanın üç ölkəsində ən azı altı nəfər fəlakətli daşqınların qurbanı olub, Euronews yazır.

Şərqi Moraviyada (Çex Respublikasın) bir neçə min insan təxliyə edilməli olub, 50 mindən çox ev işıqsız qalıb. Yerli hakimiyyət orqanları daşqınları təxminən bu əsrin ən dəhşətlisi adlandırır. Praqada çayların daşmasının qarşısını almaq üçün qoruyucu bəndlər tikilir.

Polşada baş nazir Donald Tusk əlverişsiz hava şəraitindən zərər çəkmiş rayonların sakinlərinə şəxsən müraciət edərək, onları xilasedicilərlə əməkdaşlığa və elan olunarsa, təxliyədən imtina etməməyə çağırıb.

Oxuməni.az