Meşə yanğınlarında 3 nəfər ölüb, 20 nəfər yaralanıb

Meşə yanğınlarında 3 nəfər ölüb, 20 nəfər yaralanıb

17 Sentyabr 10:49
Bəyəndim (0) Bəyənmədim (0)



Portuqaliyada 30-dan çox yerdə davam edən meşə yanğınları 3 nəfərin həyatına son qoyub. 20 nəfərin isə yaralandığı bildirilib.
Xatırladaq ki, Portuqaliyanın şimalındakı Porto şəhərində meşə yanğınları baş verib.
Ölkənin Daxili İşlər Nazirliyi son 24 saatda Portonun cənubundakı Aveiro bölgəsində sürətlə yayılan meşə yanğınları nəticəsində biri yanğınsöndürən olmaqla 3 nəfərin öldüyünü açıqlayıb.
30-dan çox yerdə aktivləşən yanğınlarda 3-ü ağır olmaqla 20 nəfərin xəsarət aldığı açıqlanıb.
Qeyd olunub ki, Portuqaliya hökumətinin Avropa İttifaqından (Aİ) müraciətindən sonra Avropa Mülki Müdafiə Mexanizmi fəaliyyətə başlayıb və İspaniya, İtaliya, Fransa və Yunanıstandan ümumilikdə 8 yanğınsöndürmə təyyarəsi göndərilib.
Yanğın bölgəsindəki yerli hakimiyyət orqanları səkkiz magistralın nəqliyyat üçün bağlandığını və yaşayış məntəqələrinin boşaldıldığını bildirib…

Oxuməni.az