Şarl Lekler ardıcıl dördüncü dəfə  "Formula-1" Azərbaycan Qran-Prisinə sıralama turunun qalibi olub

Şarl Lekler ardıcıl dördüncü dəfə  "Formula-1" Azərbaycan Qran-Prisinə sıralama turunun qalibi olub

14 Sentyabr 19:38
Bəyəndim (10) Bəyənmədim (0)

Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb. Onu dördüncü il ardıcıl olaraq bu mərhələyə vəsiqə qazanmaqda ən sürətli vaxt göstərən “Ferrari” pilotu Şarl Lekler (1:41.365) qazandı. Lakin bu, Bakıdakı yarışda ona heç vaxt qələbə qazandırmayıb. "McLaren"in avstraliyalı pilotu Oskar Piastri (1:41,686) ikinci, "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns (1:41,805) üçüncü olub.

Pilotların turnir cədvəlinin lideri, “Red Bull” pilotu Maks Ferstappen yalnız altıncı nəticə göstərib. Lakin onun əsas təqibçisi “McLaren”-dən Lando Norris daha da pis çıxış edib, o, birinci təsnifat seqmentindən ümumiyyətlə çıxa bilməyib.

İlk onluq belə görünür: Şarl Lekler (Ferrari), Oskar Piastri (McLaren), Karlos Sayns (Ferrari), Serxio Peres (Red Bull), Corc Rassel (Mercedes), Maks Ferstappen (Red Bull), Lyuis Həmilton (Mercedes) , Fernando Alonso (Aston Martin), Franko Kolapinto (Williams), Aleks Albon (Williams).

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Almaz Həsənli